Salyan rayonunda yük və minik avtomobillərinin toqquşması ilə nəticələnən qəza zamanı xəsarət alanlar olub.
Bizim.Media xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonu Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı, "VAZ" markalı nəqliyyat vasitəsi və "Mercedes" markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alanlar Zaur Ramazanov, Zamin Həsənov və Pərvin İslamov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media