Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

İş yerlərində peşəkarlıqla yanaşı psixoloji atmosfer də çox önəmlidir.

Yəni neqativ atmosfer yaradan əməkdaşlar həm işin gedişatına, həm də qarşılıqlı münasibətlərə mənfi təsir edir.

Müasir anlayışla “toksik” (zəhərli ing.) adlandırılan bu insanlara qarşı müxtəlif tədbirlər görülür, daxili qruplaşmalar yaradılır...  Amma Rusiya məsələni kökündən həll etmək istəyir: toksik xarakterli insanların  işdən qovulması təklif edilir. Məsələyə hələ ki rəsmi müstəvidə baxılır. Amma elə müzakirə ərəfəsində geniş ictimai debat yaradıb.

“Pis xarakter”, və ya “toksik davranış” kimi anlayışların rəsmi əsas kimi istifadə olunması nə dərəcədə əsaslıdır? Bu yanaşma işçi hüquqlarının pozulmasına səbəb ola bilərmi?

Mütəxəssislər bildirirlər ki,  əgər səbəb qeyri-müəyyəndirsə toksik xarakter sübut kimi götürülə bilməz. Bu halda işçi işdən çıxarılmanın qanunsuz sayılmasını, işə bərpa olunmağı, üstəlik kompensasiyasını tələb edə bilər.

Belə bir praktika Azərbaycanda necə qarşılanar?

Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bununla bağlı Bizim.Media-ya bildirdi ki, əslində Azərbaycanın Əmək Məcəlləsi dolayı yolla bunu tənzimləyir.

Bununla bağlı hər hansı yeni qayda dəyişdirməyə ehtiyac yoxdur. Amma sırf insanın şəxsi xasiyyətini də əsas götürmək düzgün deyil:

“İş yerində, kollektivdə münasibətləri korlayan və ya buna səbəb olan, tez-tez dava salmaqla iş ahəngini pozan işçilərə qarşı işəlgötürən inzibati tənbeh tədbirləri görmək hüququna malikdir. Amma o da var ki, pis xarakteri olan, amma işini yerinə yetirən işçi qalmaqallardan uzaq durursa, başqa sözlə heç kəslə işi yoxdursa, niyə qovulmalıdır?”

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 11-ci maddəsinə görə, işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ var.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

End of content

No more pages to load

RADİO