Cəlilabadda Nurəli Niftullayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib və yol kənarındakı işıq dirəyini aşırdıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.
Nəticədə Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.
“Azərişıq” ASC-nin əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu