Zaqatala rayonunun ucqar Muğanlı kənd sakininin cansız bədəni yaxınları tərəfindən açkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 52 yaşlı Rafiq Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində tapılıb.
Mərhumun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu