Kürdəmirdə 7 yaşlı piyadanı maşın vuraraq öldürüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndi ərazisində qeydə alınıb.
Belə ki, piyada 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı avtomobil vurub.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlıtin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
O, elə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media,Aran bürosu