Bakıda telefon mağazasından oğurluq olub.
Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxsin bacısı Aysu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər, Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Zabrat 2 dairəsi" adlanan ərazidə yerləşən telefon dükanında qeydə alınıb.
Ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunan oğurluq zamanı əvvəlcə naməlum şəxs mağazanın önündə əyləşərək ətrafı müşahidə edib.
O daha sonra qapını sındıraraq içəri daxil olub və buradan həm satış, həm də təmir məqsədilə qoyulmuş telefonları oğurlayıb.
Hadisə ilə bağlı 15-ci Polis Bölməsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media