Sumqayıtda fərdi yaşayış evi yanıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşimov Həşim Hacıbaba oğluna məxsus ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi yanaraq yararsız hala düşüb.
Hadisə yerinə dərhal yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.



Bizim.Media