Ağdaşda ağır qəza baş verib. Belə ki, rayonun Yuxarı Nemətabad kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, 37 yaşlı sərnişin Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu