Xəbər verdiyimiz kimi, Neftçala rayonunda iki yeniyetmə qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qardaşların nəşi bu gün torpağa tapşırılıb.
MÖVZU İLƏ BAĞLI:
Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO
Xatırladaq ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu valideynlərinə məxsus “Nissan” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək şor kanala aşıblar.
Avtomobil kanal kənarındakı qaz borusunu qıraraq suya düşüb. Hadisə qardaşlar mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.
Nəticədə hər iki qardaş hadisə yerində həyatını itirib.

Sabutay, Bizim.Media, Cənub bürosu