Bir aylıq oruc müddətindən sonra qəfil və ağır qidalanma həzm problemlərinə və çəki artımına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bayram və sonrakı günlərdə qidalanma ilə bağlı bəzi məqamları təqdim edir:
Səhər yeməyi ilə başlayın: Bayram sabahı mədəni yormayan, az yağlı və lifli qidalardan (pendir, yumurta, tərəvəz) ibarət yüngül səhər yeməyi seçilməlidir.
Porsiyaları kiçildin: Uzun müddətli aclıqdan sonra birdən-birə böyük porsiyalar yemək əvəzinə, "az-az və tez-tez" prinsipi ilə qidalanın.
Şirniyyat seçimi: Bayramın simvolu olan ağır, şərbətli şirniyyatlar əvəzinə daha yüngül olan südlü şirniyyatlara və ya meyvələrə üstünlük verilməlidir.
Maye qəbulunu artırın: Oruc müddətində azalan su ehtiyacını qarşılamaq üçün gündə ən az 2-2.5 litr su içilməlidir.
Hərəkətdə olun: Bayram ziyarətləri zamanı mümkün qədər piyada gəzmək və ya axşamüstü yüngül templi yürüşlər etmək maddələr mübadiləsini sürətləndirir.
Qeyd: Yeməkləri yaxşı çeynəyin və axşam saatlarında ağır qida qəbulundan çəkinin. Bu, həm həzm sistemini qoruyacaq, həm də yuxu keyfiyyətini artıracaq. (Pravda.az)
Bizim.Media