Bu gün - martın 20-də müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır.
Bizim.Media xəbər verir ki, Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ənənəyə görə, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq. Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.
Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq. Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.
Bizim.Media