Gəncədə 34 yaşlı kişi daxilə keçməyən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü Ramil Hüseynovun şəhərin tibb müəssisələrindən birində müalicəsi davam etdirilir. Onun hansı şəraitdə xəsarət alması hələlik məlum deyil.
Polis əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.