Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur.

Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, sosial müdafiəsi daha düzgün təmin olunmuş dövlət qulluğu sistemi şəffaf fəaliyyət göstərər:

“Biz son zamanlar ölkədə struktur və institusional islahatların davamlı şəkildə aparıldığını və mütəmadi olaraq təkmilləşdirmələrin edilməsinin effektivliyini müşahidə edirik. Son vaxtlar aparılan dövlət siyasəti şəffaflığın artırılmasına və korrupsiyaya sövq edən amillərin aradan qaldırılmasına hesablanıb. Bu baxımdan dövlət başçımızın imzaladığı qanunvericilik aktları dövlət qulluğu sahəsində ədalətli bir sistemin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan son sərəncamla təsdiq olunmuş qanun da dövlət qulluğu sahəsində ədalətliliyin təmin olunmasına, özəl sektorla rəqabətli əməkhaqqı sisteminin formalaşdırılmasına imkan verəcək. Bu da dövlət qulluğu sahəsindən özəl sektora kadr axınının azalmasına, o cümlədən gənc, peşəkar və bacarıqlı kadrların dövlət qulluğu sisteminə cəlb olunmasının stimullaşdırılmasına töhfə verəcək”.

Azər Badamov qeyd edib ki, qanunda vahid vəzifə maaşı sisteminə keçidin təmin olunması və əməkhaqqına əlavə olunan bonusların və əlavələrin ləğv edilməsi nəzərdə tutulur:

“Mükafat və əlavələrin mövcudluğu əməkhaqlarında disproporsiya yaratmaqla yüksək dərəcəli dövlət qulluğu məmuru ilə aşağı dərəcəli vəzifəli dövlət qulluqçusunun əməkhaqları arasında böyük fərqlərin əmələ gəlməsinə yol açmışdı. Amma son qüvvəyə minmiş qanunla bu disproporsiya aradan qaldırılır və dövlət qulluğu vəzifələrinin dərəcələrinə görə müəyyən olunmuş vahid əməkhaqqı sistemi tətbiq olunur.
 

Bu da aşağı dərəcəli dövlət qulluğu vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək. Beləliklə, deyə bilərik ki, sosial müdafiəsi düzgün təmin olunmuş dövlət qulluqçusunun fəaliyyəti korrupsiya əməllərindən müəyyən qədər uzaq olacaq. Bu, həm də dövlət qulluğu sistemində əməkhaqqı fondunun daha dəqiq proqnozlaşdırılmasına imkan verəcək.


Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların məntiqi davamıdır. Bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir və təkmil əsaslarla yenidən qurulmasına, vahid struktur üzərində optimal, balanslı və sabit modelin formalaşdırılmasına xidmət edir. Bu, dövlət qulluğu sisteminin səmərəliliyinin artırılması, idarəetmədə çevikliyin gücləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

End of content

No more pages to load

RADİO