Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi 20 - 30 mart 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
Qeyd edilib ki, bu müddət ərzində təcili və təxirəsalınmaz konsulluq məsələləri ilə bağlı +37167142892 qaynar xətti ilə əlaqə saxlanılması xahiş olunur.

Bizim.Media