Gəncədə yol-qəzası nəticəsində gün ərzində iki piyada vurulub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Əli Abbasov və 2006- cı il təvəllüdlü Selcan-Xatun Həsənova şəhərin ayrı-ayrı ərazilərində yolu qarşı tərəfə keçmək istəyərkən hərəkətdə olan avtomobillər tərəfindən vurulub.
Zərərçəkənlər Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdiriliblər. Həmin şəxslərə tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktlarla bağlı araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu