Yevlaxda inəklər gənc qadına hücum edib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Səmədabad kənd sakini Nuranə adlı qadına həyətdəki inəklər hücum edərək onu yaralayıb.
Köməyə gələn qayınanası da xəsarət alıb.
Gənc qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.