Qusarda Ramazan ayı ərzində bir ay oruc tutan imtiyazlı insanlar üçün iftar süfrəsi təşkil olunub.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar icra hakimiyyətinin adından verilən iftar süfrəsində şəhid ailələri, qazilər və digər imtiyazlı şəxslər iştirak edib.
İcra başçısı və rəsmi şəxslərin qatıldığı iftar süfrəsində şəhidlərin ruhuna dualar oxunub. 180 yerlik iftar süfrəsində iştirak edən şəhid ailələri və qazilər göstərilən diqqətdən razılıqla danışıblar.
Bildirilib ki, bir ay ərzində nəfsinə qalib gələrək oruc tutan insanları bir süfrə arxasında oturtmaq da elə Ramazanın savab əməllərindəndir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu