Jurnalist Faiq Balabəyli Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına sədr seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a F.Balabəyli özü məlumat verib.
O bildirib ki, bu gün qurumun növbəti iclası keçirilib və onun namizədliyi irəli sürülüb:
"Məndən qabaq ittifaqa tanınmış şair Firuzə Məmmədli rəhbərlik edirdi. Bir müddət əvvəl o bu vəzifədən istefa vermişdi. Mənim də namizədliyimi irəli sürdülər, etiraz etmədim. Özümü bu vəzifəyə hazır bilirəm. Təklif səsverməyə qoyuldu və mən sədr seçildim. Ümid edirəm ki, bu etimadı doğruldacağam".
Bizim.Media