Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Elarina Orucova təyin edilib.
Qeyd edək ki, o, bu vaxtadək Zəngilan rayonu 14 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışırdı. (redaktor.az)
Bizim.Media