4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

Nazirlər Kabinetinin Qərarına əsasən, martın 20, 21-i Ramazan bayramı günləri kimi müəyyən edilib.

Dini inanclı şəxslər üçün Ramazan bayramının əsas şərtlərindən biri də fitrə çıxarmaqdır. Bu səbəbdən bayram günündə məscidlərdə namaz qılındıqdan sonra nəzir qutularına ianələr edilir.

Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2022-ci il tarixli 1628 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsində dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Həmin maddənin dördüncü hissəsində isə dini qurumların könüllü ianələr üçün müraciət etmək, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul etmək hüququ təsbit olunub.

Maraqlıdır ki, bir neçə il əvvəl tətbiqinə qərar verilən onlayn nəzir sistemi işə düşüb?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan qanuna 2022-ci ildə edilmiş dəyişikliyə əsasən ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasının hazırlanması nəzərdə tutulub:

“Sözügedən normativ-hüquqi akt layihəsinin hazırlanması istiqamətində məsləhətləşmələr davam etdirilir. Qeyd edək ki, dini qurumlar ianələrin qəbul edilməsi və xərclənməsi ilə bağlı bütün prosedurları sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər. Mütəmadi olaraq mövzu ətrafında aparılan ictimai müzakirələr bu sahədə hüquqi tənzimləmələrin həyata keçirilməsini aktuallaşdırır”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Ramazan bayramı martın 20-ə təsadüf edir

Ramazan bayramı martın 20-ə təsadüf edir

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

O da Nəsrinin serialında olacaq – FOTO

O da Nəsrinin serialında olacaq – FOTO

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

Fitrə zəkatının məbləği açıqlandı – QMİ-dən FƏTVA

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

ADNSU 123 vəzifəyə işçi axtarır – SİYAHI

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Rüşvətə görə işdən çıxarılan rəis yenidən MƏHKƏMƏ QARŞISINDA

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

DYP-dən sürücülərə ÇAĞIRIŞ

DYP-dən sürücülərə ÇAĞIRIŞ

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

End of content

No more pages to load

RADİO