Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

“Azərbaycan İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı 18 mart 2026-cı il tarixində keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan İdman Rəqsləri Federasiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizdə rəqs idmanının yeni inkişaf mərhələsinə keçidi və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi məqsədilə keçirilən növbədənkənar iclasda federasiya rəhbərliyində mühüm dəyişikliklər edilib.

Səsvermənin nəticələrinə əsasən, tanınmış iş adamı və təcrübəli idarəçi Ali Həşimli Muxtar oğlu Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.

İclasda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Nazir Fərid Qayıbov çıxış edərək bildirib:

“Azərbaycan İdman Rəqsləri Federasiyasında baş verən bu yenilənmə ölkəmizdə idmanın inkişafına verilən önəmin bariz nümunəsidir. Rəqs idmanı həm mədəniyyətimizin, həm də idmanımızın ayrılmaz tərkib hissəsidir və bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
 

İnanıram ki, yeni seçilmiş rəhbərlik – Ali Həşimli və onun komandası federasiyanın fəaliyyətinə yeni dinamika gətirəcək, şəffaf və peşəkar idarəetmə prinsiplərini daha da gücləndirəcəkdir.


Xüsusilə gənclərin bu sahəyə cəlb olunması, beynəlxalq arenada uğurların artırılması və milli rəqs ənənələrinin qorunaraq inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacağını ümid edirəm.

Nazirlik olaraq federasiyanın bütün təşəbbüslərinə dəstək göstərməyə hazırıq və bu əməkdaşlığın ölkəmizdə rəqs idmanının inkişafına ciddi töhfə verəcəyinə inanıram.”

Eyni iclasda Eşqin İsmayıllı və Etibar Məmmədov vitse-prezident vəzifələrinə seçiliblər.

Vitse-prezident vəzifəsinə seçilən Eşqin İsmayıllı və Etibar Məmmədov strateji düşüncə tərzi, güclü liderlik keyfiyyətləri və nəticəyönümlü fəaliyyətləri ilə tanınan peşəkar şəxslərdir. Onların federasiya rəhbərliyində təmsil olunması idarəetmə keyfiyyətinin yeni mərhələyə yüksəlməsinə, innovativ yanaşmaların tətbiqinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və ölkəmizdə rəqs idmanının dinamik inkişafına mühüm təkan verəcəkdir.

Ali Həşimli kimdir?

1984-cü ildə Laçın rayonunda anadan olan Ali Həşimli Azərbaycanın biznes mühitində geniş təcrübəyə malik, strateji baxışlı idarəçidir.

Eyni zamanda, ölkənin böyük distribusiya və istehsal şirkətlərindən biri olan “Avrora” şirkətində müşavir vəzifəsini icra edir və müxtəlif sahələri əhatə edən bir sıra uğurlu biznes layihələrinin təşəbbüskarıdır.

Təhsil fəaliyyəti;

Qərb Universiteti – Turizm və sosial sahədə xidmət

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Menecment İstanbul Universiteti – Biznesin idarə edilməsi (MBA)

Ali Həşimli ailəlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO