Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur.

Bu güzəşt yalnız çoxuşaqlı valideynlərlə məhdudlaşmalıdır, yoxsa başqa kateqoriyalar da daxil edilməlidir? Ümumiyyətlə, sözügedən dəyişiklik gələcəkdə pensiya sisteminə necə təsir göstərəcək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan deputat Razi Nurullayevin sözlərinə görə, qanunvericiliyə edilən son dəyişikliklər müəyyən hallarda kişilərin də daha erkən yaşda pensiyaya çıxmasına imkan yaradacaq:

“Bu yanaşmanın mahiyyəti odur ki, bəzi sosial güzəştlər müəyyən şərtlər daxilində kişilərə də şamil edilsin. Məsələn, çoxuşaqlı valideynlər və ya əlilliyi olan uşağa baxan şəxslər üçün pensiya yaşının 5 il azaldılması kimi mexanizmlər artıq qanunvericilikdə mövcuddur və bu hüququn atalara da tətbiqi nəzərdə tutulur.

Ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Mən də bu mövzuda Milli Məclisdə dəfələrlə çıxış etmişəm və pensiya yaşının aşağı salınması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşəm. Çünki statistika göstərir ki, ölkədə bir çox insanlar pensiya yaşına çatmadan dünyasını dəyişir və bu da müəyyən sosial narahatlıq yaradır”.

Deputat təklif edib ki, qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 62 yaş müəyyən edilsin:

“Amma hazırda hökumətin pensiya yaşının ümumi şəkildə aşağı salınması ilə bağlı hər hansı qərar vermək niyyəti görünmür. Əksinə, son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması siyasəti həyata keçirilib. İndi kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də bu hədd tədricən 65 yaşa çatdırılır. Bu səbəbdən cəmiyyətdə əlavə və ya əsassız gözləntilər yaratmaq düzgün olmaz.

Ona görə də hesab edirəm ki, bu dəyişikliklər ümumi pensiya yaşının azaldılması kimi təqdim edilməməlidir. Burada söhbət sadəcə müəyyən sosial kateqoriyalar üçün diferensial yanaşmanın tətbiqindən gedir. Əsas məsələ odur ki, həm sosial ədalət prinsipi qorunsun, həm də pensiya sisteminin maliyyə dayanıqlığı risk altına düşməsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Avropada təbii qazın qiyməti 615 dolları ötdü

Avropada təbii qazın qiyməti 615 dolları ötdü

Qazaxda ağır qəza: 5 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 5 nəfər xəsarət aldı

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO

"Şamaxı" bu gün "Araz-Naxçıvan"ı qəbul edəcək

"Şamaxı" bu gün "Araz-Naxçıvan"ı qəbul edəcək

Seneqalın çempionluğu əlindən alındı – ŞOK QƏRAR

Seneqalın çempionluğu əlindən alındı – ŞOK QƏRAR

Çörəyi burada saxlayın: qida dəyəri artır

Çörəyi burada saxlayın: qida dəyəri artır

End of content

No more pages to load

RADİO