Gecə saatlarında Xaçmazda piyada ölümü qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmazın Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən yaşlı piyada "VAZ-2107" markalı avtomaşının zərbəsinə tuş gəlib.
O, aldığı ağır bədən xəsarətləri nəticəsində yerindəcə ölüb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu