Yaxın aylarda dəmir yolu və avtomobillə daşınan sərnişinlərin sığortalanacağı bildirilir.
Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev danışıb. O bildirib ki, sərnişinlərin fərdi qəza sığortası ilə bağlı İSB yeni layihələr hazırlayıb:
“Layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur. Düşünürük ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq".
Bəs, icbari sığorta haqqını sərnişin yoxsa daşıycı ödəyəcək? Bu addım dəmir yolunda qiymətlərin artımına səbəb olmayacaq ki?
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, belə bir proses yoxdur:
“Gündəlikdə hələ ki, belə bir məsələ yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media