Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb.
Bizim.Media “Avtosfer.az”a istinadla xəbər verir ki, artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.
Belə ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.
Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.
Bizim.Media