“Bu gün dünyada informasiya müharibəsi hərbi müharibəni üstələyir. İnformasiya müharibəsi elə aparılır ki, müxtəlif mənbələrdən verilən informasiya və dezinformasiyalar nəticəsində ayrı-ayrı panikalar yaratmaqla ölkələrin ərazisində xaos, anarxiya və digər addımlar atılır. Müharibə aparmadan da həmin ölkələrin ərazisində müxtəlif dövlətlər öz maraqlarını həyata keçirdirlər”.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
“Biz bunu Ərəb baharında gördük ki, internet vasitəsilə o ölkələrin ərazisində qurulu dövlətlər yıxıldı və nəticə etibarilə bir xaos yarandı.
Bu gün bizim ətrafımızda baş verən hadisələr onu göstərir ki, bu informasiya müharibələri uzun çəkəcək. Hesab etmirəm ki, bu gün Yaxın Şərqdə baş verən hadisələr qısa zaman kəsiyində öz həllini tapacaq.
O baxımdan da informasiya təhlükəsizliyinə ciddi şəkildə nəzarət olunması, adi bir Azərbaycan hərbi hissələrinin dron uçuşunu böyük bir panikaya çevirməyə cəhd edənlərin qarşısının alınması üçün əhali ilə kifayət qədər iş aparılmalıdır”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, martın 16-da Bakının üzərində dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu məsələ istifadəçilər arasında müzakirələrə səbəb olub.
Günay Şahmar, Bizim.Media