Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

“Son dövrlərdə ən çox səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı yaranan çətinliklərdir. Bu məsələ xüsusilə ağır xəstə insanlar və müharibə veteranları üçün ciddi narahatlıq doğurur. İnsanlar bildirirlər ki, tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər, elektron sistemdə müraciətin göndərilməsi və qərarın verilməsini gözləmək çox vaxt aylarla çəkir”.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?


Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bəzi hallarda isə vətəndaşlar aldıqları qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalırlar:

“Bu proses həm fiziki, həm də psixoloji baxımdan onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır. Xüsusilə, bu problemlərlə müharibə veteranları da üzləşir. Sağlamlığını itirmiş insanlar bəzən uzun müddət əlillik dərəcəsinin müəyyən olunmasını gözləyir və ya qərarla bağlı suallar yaranır.
 

Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan müraciətlər də göstərir ki, bu məsələ tək-tək hallar deyil, daha geniş bir problemin əlamətidir. Əlbəttə, etiraf etməliyik ki, son illər sosial müdafiə sahəsində mühüm islahatlar həyata keçirilib.


Əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından vacib addım idi. Lakin praktikada görünür ki, mexanizm hələ də bütün hallarda vətəndaş üçün rahat və operativ işləyə bilmir”.

Deputat bu sahədə bəzi mexanizmlərin tətbiqinə ehtiyac olduğunu vurğulayıb:

“İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaş yönümlü olmalıdır. Tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi prosesində insanları uzun və yorucu prosedurlarla üz-üzə qoymamaq lazımdır.
 

İkincisi, xüsusilə müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq olunmalıdır. Bu insanlar aylarla qərar gözləməməlidirlər.


Üçüncüsü isə vətəndaşın verilən qərarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizmi təmin edilməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Xalq artistinin rejissor qardaşı vəfat etdi

Xalq artistinin rejissor qardaşı vəfat etdi

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi edir – FOTO

Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi edir – FOTO

O da "A.B.İ"də rol alacaq – FOTO

O da "A.B.İ"də rol alacaq – FOTO

Sertifikasiya ilə bağlı yeni qaydalar hazırlanacaq – RƏSMİ

Sertifikasiya ilə bağlı yeni qaydalar hazırlanacaq – RƏSMİ

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün BEŞ SADƏ ÜSUL

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün BEŞ SADƏ ÜSUL

NATO-dan İrana qarşı müharibəyə qoşulması ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

NATO-dan İrana qarşı müharibəyə qoşulması ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

End of content

No more pages to load

RADİO