Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün BEŞ SADƏ ÜSUL

"Bayram süfrəsində porsiya nəzarəti əsasən balans üzərində qurulmalıdır. Süfrəyə oturarkən məqsəd bədənin ehtiyacını dinləyərək yeməkdən zövq almaq olmalıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə əvvəlcə boşqabı çox doldurmamaq, az-az götürüb ehtiyac olduqca artırmaq daha sağlam yanaşmadır:

"Beyin toxluq siqnalını təxminən 15-20 dəqiqəyə verdiyi üçün tələsmədən yemək porsiyanın avtomatik olaraq artmasının qarşısını alır və artıq yemədən doymağı asanlaşdırır.
 

Bayram süfrələrində çeşid çox olduğuna görə hər yeməkdən mütləq dadmaq məcburiyyəti yoxdur. Daha çox sevdiyin və bədəni qidalandıran yeməklərə üstünlük vermək, digərlərindən isə sadəcə dadımlıq götürmək kifayətdir.


Yağlı, qızardılmış və ağır xörəklərlə boşqabı tam doldurmaq əvəzinə tərəvəz, salat və nisbətən yüngül yeməklərlə balans yaratmaq porsiya nəzarətini xeyli asanlaşdırır. Bu həm mədənin yüklənməsinin qarşısını alır, həm də bayramdan sonra yaranan ağırlıq hissini azaldır".

Mütəxəssis-ekspert bildirib ki, şirniyyat məsələsində də eyni yanaşma vacibdir:

"Böyük dilimlər yerinə kiçik pay seçmək və bir neçə növdən az miqdarda dadmaq həm psixoloji olaraq "özümü saxladım" hissi yaratmır, həm də ümumi şəkər və kalori qəbulunu nəzarətdə saxlayır. Şirniyyatı acqarına yox, yeməkdən sonra və ya çayla birlikdə yemək qan şəkərinin daha stabilləşməsinə kömək edir. Maye qəbulu da porsiya nəzarətində gizli rol oynayır.
 

Yeməkdən əvvəl və yemək zamanı kifayət qədər su içmək toxluq hissini artırır, insanın ehtiyacından artıq yeməsinin qarşısını alır. Eyni zamanda, qazlı və şəkərli içkilər iştahanı artıra bildiyi üçün onları məhdud saxlamaq daha məqsədəuyğundur.


Ümumilikdə bayram süfrəsində porsiya nəzarəti qadağalarla deyil, diqqətli seçim, yavaş yemək və bədəni dinləməklə mümkün olur. Bu zaman bayram günlərində sağlamlıq qorunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Ölüm xəbəri yayılan Laricaninin “X” hesabında PAYLAŞIM – FOTO

Ölüm xəbəri yayılan Laricaninin “X” hesabında PAYLAŞIM – FOTO

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

End of content

No more pages to load

RADİO