Bakıda qadınlarla bağlı yayılan görüntülər etiraz doğurdu – “Qarşısı dərhal alınmalıdır”

Son günlər sosial şəbəkələrdə qadınlarla bağlı müzakirələrə səbəb olan reklam çarxları yayılıb. Belə ki, bəzi pub və əyləncə məkanlarında qadınlara içki və qəlyanın pulsuz təqdim edildiyi bildirilir. Bu cür kampaniyalar cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif narazılıqlara səbəb olur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Mail Yaqubun sözlərinə görə, cəmiyyət nə qədər müasirləşsə də, milli-mənəvi dəyərlərin qorunması vacibdir:
 

“Biz Avropa və ya Amerika mədəniyyətinə yaxınlaşsaq da, öz milli və mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq. Müasir sosiologiyada da qeyd olunur ki, hər bir xalq öz etnik və milli mədəniyyətini yaşada bilər və bu, müasirliyə zidd deyil. Müasirlik heç də milli-mənəvi dəyərlərdən imtina etmək demək deyil. Heç bir filosof və ya sosioloq belə bir yanaşmanı dəstəkləmir.


Müasirlik həm də o demək deyil ki, cəmiyyət tam şəkildə avropalaşmalıdır və məişət həyatımız bütövlükdə başqa mədəniyyətlərin təsiri altına düşməlidir. Müasirləşmə başqa anlayışdır. Bu baxımdan mən belə reklamların əleyhinəyəm və bunun üçün əsaslarım var”.

Sosioloq Prezident İlham Əliyevin milli dəyərlərlə bağlı çıxışlarına diqqət çəkib:

“Prezident də müxtəlif çıxışlarında gəncləri spirtli içkilərdən uzaq durmağa çağırıb, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Bir vətəndaş və müəllim kimi bu mövqe məni sevindirir. Çünki milli kimlik və azərbaycançılıq məhz öz dəyərlərimizi qorumaqla formalaşır.

Yad mədəniyyətlərin kor-koranə təqlidi ilə güclü və müstəqil Azərbaycan qurmaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, belə reklamların qarşısı alınmalıdır. Gənclərə, xüsusilə də xanımlara daha çox diqqət və qayğı göstərilməli, onların tərbiyəsi və mənəvi dəyərlərlə yetişməsi istiqamətində işlər gücləndirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Qızıl KƏSKİN BAHALAŞDI

Qızıl KƏSKİN BAHALAŞDI

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

“Xankəndi” bu məşqçi ilə VİDALAŞDI

“Xankəndi” bu məşqçi ilə VİDALAŞDI

Masazır sakinlərini narazı salan avtobus sürücülərinə qarşı tədbir görülür – RƏSMİ AÇIQLAMA

Masazır sakinlərini narazı salan avtobus sürücülərinə qarşı tədbir görülür – RƏSMİ AÇIQLAMA

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

Yük maşınlarında gizlədilmiş külli miqdarda PUL AŞKARLANDI

3 Norveç diplomatı İrandan Azərbaycana təxliyə edildi

3 Norveç diplomatı İrandan Azərbaycana təxliyə edildi

ABŞ-ın Kuba ilə bağlı gizli planı ÜZƏ ÇIXDI

ABŞ-ın Kuba ilə bağlı gizli planı ÜZƏ ÇIXDI

ADNSU-nun gənc müəllimlərinin iştirakı ilə keçirilən “AZİU-Birlik və inkişaf görüşü”ndə universitetin Strateji İnkişaf Planı müzakirə olunub – FOTO

ADNSU-nun gənc müəllimlərinin iştirakı ilə keçirilən “AZİU-Birlik və inkişaf görüşü”ndə universitetin Strateji İnkişaf Planı müzakirə olunub – FOTO

İran raketi Netanyahunun ofisinin yanına düşdü

İran raketi Netanyahunun ofisinin yanına düşdü

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə etdi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə etdi

End of content

No more pages to load

RADİO