Yevlax şəhərindəki üçmərtəbəli yaşayış binalarından birində yanğın qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Sovet dövründə tikilmiş binada yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb edilib. Alov artıq söndürülüb.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu