İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

Azərbaycanda icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişiklik edilə biləcəyi barədə müzakirələr aparılır. 

Bizim.Media “sfera.az”a istinadla xəbər verir ki, gələcəkdə icbari tibbi sığorta qurumunun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdinə verilməsi məsələsi gündəmdədir.

Məlumata əsasən, bu addım sığorta sisteminin daha mərkəzləşdirilmiş şəkildə idarə olunmasına xidmət edə bilər.

Bildirilir ki, dünyada da analoji təcrübə mövcuddur və bir sıra ölkələrdə sosial və tibbi sığorta mexanizmləri eyni sistem daxilində idarə olunur. Bu model maliyyə axınlarının koordinasiyasını asanlaşdırmaq, sığorta fondlarının fəaliyyətini vahid mexanizm altında toplamaq məqsədi daşıyır.
 

Hazırda Azərbaycanda icbari tibbi sığorta sistemi dövlət səviyyəsində tətbiq olunur və əhalinin tibbi xidmətlərə çıxışını təmin edən əsas mexanizmlərdən biridir. Sistem çərçivəsində vətəndaşlara geniş “Xidmətlər Zərfi” təqdim olunur və bu paketə daxil olan tibbi xidmətlərin siyahısı vaxtaşırı genişləndirilir. 


Mənbələrin sözlərinə görə, planlaşdırılan struktur dəyişiklikləri həyata keçirilərsə, icbari tibbi sığortanın idarəetməsində müşahidə şurası modeli tətbiq oluna bilər. Ehtimal olunur ki, bu qurumun müşahidə şurasının sədri səhiyyə naziri olacaq.

Digər tərəfdən, səhiyyə sisteminin idarə olunmasında mühüm rol oynayan TƏBİB də icbari tibbi sığorta mexanizmi ilə sıx bağlı fəaliyyət göstərdiyi üçün yeni struktur dəyişiklikləri həmin quruma da təsir edə bilər. Bildirilir ki, icbari tibbi sığorta DSMF-nin nəzdinə veriləcəyi halda TƏBİB rəhbərliyinin təyinat mexanizmində də dəyişiklik mümkündür.

İlkin müzakirələrə görə, gələcəkdə TƏBİB sədrinin namizədliyi DSMF tərəfindən təqdim edilə, son qərar isə Səhiyyə naziri tərəfindən təsdiq edilə bilər.

Bu isə səhiyyə və sosial sığorta sisteminin idarə olunmasında koordinasiyanın gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir.


Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin sosial və tibbi sığorta mexanizmlərinin bir sistemdə cəmləşdirilməsi idarəetmənin daha səmərəli qurulmasına və maliyyə resurslarının daha effektiv bölüşdürülməsinə imkan yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Aylar öncə xəbərdarlıq olunsa da, tarixi abidədə təmir işlərini yenə aparıblar – FOTO

Aylar öncə xəbərdarlıq olunsa da, tarixi abidədə təmir işlərini yenə aparıblar – FOTO

Azərbaycanın axtardığı şəxs Polşada TUTULDU

Azərbaycanın axtardığı şəxs Polşada TUTULDU

Mahmud Qurbanovdan “Nefçi” ilə bağlı AÇIQLAMA – “Bütün rəqiblər üçün başağrısı ola bilər”

Mahmud Qurbanovdan “Nefçi” ilə bağlı AÇIQLAMA – “Bütün rəqiblər üçün başağrısı ola bilər”

Bu həftə ürəyi zəif olanlar çölə çıxmasınlar – YOXSA...

Bu həftə ürəyi zəif olanlar çölə çıxmasınlar – YOXSA...

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

İlham Əliyevdən Tokayevə MƏKTUB

İlham Əliyevdən Tokayevə MƏKTUB

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Əhməd Məmmədliyə HÖKM OXUNDU

Əhməd Məmmədliyə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO