Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə dilənçiliklə bağlı yeni maddə əlavə edilib. Milli Məclisin komitə iclaslarında müzakirə edilərək plenara tövsiyə olunan qanun layihəsinə görə, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə - iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bildiyimiz kimi, indi insanlar təkcə küçədə fiziki şəkildə dilənmirlər. Artıq virtual məkanda, sosial şəbəkələrdə də dilənçiliklə məşğul olanlar mövcuddur. Onlar pula ehtiyacları olduqlarını bəyan edərək hamıdan yardım umurlar. Hətta bunun üçün bank kartları da paylaşırlar.

Bəs bunlara qarşı da cəza müəyyən olunacaqmı? Ümumiyyətlə, qanuna “onlayn dilənçilik” anlayışı daxil edilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Razi Nurullayev deyib ki, dilənçiliklə mübarizə aparmaq niyyəti başadüşüləndir:

“Lakin qanuna təklif olunan dəyişikliklərin qəbul olunması məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Çünki cəmiyyətdə iki fərqli vəziyyət mövcuddur. Bir tərəfdən dilənçiliyi artıq bir növ peşəkar gəlir mənbəyinə çevirən qruplar var. Digər tərəfdən isə həqiqətən ağır sosial vəziyyətdə qalan, xüsusilə yaşlı insanlar, kimsəsiz şəxslər və ehtiyac üzündən yardım istəyənlər mövcuddur. Qanun hazırlanarkən bu fərq mütləq nəzərə alınmalıdır. Əks halda, real ehtiyac içində olan insanlara qarşı da sərt yanaşma ortaya çıxa bilər”.

Milli Məclisin üzvü vurğulayıb ki, onlayn dilənçilik də nəzərdən keçirilməlidir:

“Bununla yanaşı, müasir dövrdə dilənçilik artıq yalnız küçə ilə məhdudlaşmır. Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında da pul istəyən, bəzən bunu sistemli şəkildə edən şəxslər var. Bu baxımdan qanunvericilikdə onlayn dilənçilik və ya sosial şəbəkələr üzərindən sistemli pul istəmə halları da ayrıca nəzərdən keçirilməlidir. Çünki texnologiyanın inkişafı ilə bu fəaliyyətin forması dəyişir və bəzi hallarda hətta təşkilatlanmış şəkildə həyata keçirilir.
 

Beynəlxalq təcrübədə də buna bənzər yanaşmalar mövcuddur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində internet üzərindən icazəsiz pul və ianə toplamaq qanunla qadağandır və buna görə hətta həbs və pul cərimələri nəzərdə tutulur. Digər ölkələrdə də dilənçiliyin müəyyən formalarına məhdudiyyətlər tətbiq olunur.


Məsələn, bəzi Avropa ölkələrində aqressiv və ya təşkilatlanmış dilənçilik qanunla cəzalandırılır. Bu səbəbdən hesab edirəm ki, qanunvericilikdə əsas diqqət təşkilatlanmış, peşəkar və sui-istifadə xarakterli dilənçiliklə mübarizəyə yönəlməlidir. Eyni zamanda sosial müdafiəyə ehtiyacı olan insanlar isə cərimə və sanksiyalarla deyil, sosial proqramlar və dəstək mexanizmləri ilə qorunmalıdır. Bu balans qorunarsa, həm qanunun məqsədi təmin olunacaq, həm də sosial ədalət prinsipi pozulmayacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Tbilisi prospektində DƏYİŞİKLİK

Tbilisi prospektində DƏYİŞİKLİK

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

"Çelsi"yə transfer qadağası qoyuldu

"Çelsi"yə transfer qadağası qoyuldu

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Nəriman millinin toplanışına QATILMAYACAQ

Nəriman millinin toplanışına QATILMAYACAQ

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Aylar öncə xəbərdarlıq olunsa da, tarixi abidədə təmir işlərini yenə aparıblar – FOTO

Aylar öncə xəbərdarlıq olunsa da, tarixi abidədə təmir işlərini yenə aparıblar – FOTO

Azərbaycanın axtardığı şəxs Polşada TUTULDU

Azərbaycanın axtardığı şəxs Polşada TUTULDU

End of content

No more pages to load

RADİO