ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günü elan edilən 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə bütün hərəkət vasitələrinə müntəzəm texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatını qarşılamaq və daşımaların fasiləsizliyini təmin etmək üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin edilib.

Sərnişinlərin istirahət günlərində daha çox üz tutduğu turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu təşkili üçün 20–30 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reyslərlə xidmət göstəriləcək. Qatarlar saat 07:30-da paytaxtdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Həmçinin 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər olacaq.

Qatarlar saat 08:30-da Bakıdan, 17:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı–Qazax–Bakı xətti üzrə isə əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərinə təyin edilib. Qatarlar saat 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.
 

Sərnişinlər bayram günlərində Bakıdan Ağstafa və Qazaxa, həmçinin əks istiqamətə gündəlik Bakı–Qazax–Bakı reysləri ilə də səfər edə bilərlər. Qeyd edək ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə biletlərə 10 faiz endirim tətbiq olunur.


Bundan başqa, sərnişinlərin bayram günlərində Qarabağa rahat səfərlərinin təşkili üçün 23 və 25 martda Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu istiqamətdə 21 və 28 martda ənənəvi reyslər də həyata keçiriləcək. Qatarlar saat 07:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək.

20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək. Qatarlar saat 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək. Gəncə–Qəbələ–Gəncə xətti ilə səfərlər isə ənənəvi qrafik əsasında həyata keçiriləcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatdan asılı olaraq 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulub.

20–30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nura Suri məhkəmədə UDUZDU

Nura Suri məhkəmədə UDUZDU

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

“Turan Tovuz”da CİDDİ İTKİ

“Turan Tovuz”da CİDDİ İTKİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

End of content

No more pages to load

RADİO