Axşam saatlarında, xüsusən də intensiv idman növləri sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb olur.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam idmanları bədən istiliyini və adrenalin səviyyəsini artırır.
Bu, yuxuya mənfi təsir göstərir, çünki bədən istiliyi yatmazdan əvvəl düşməlidir.
İdman üçün optimal vaxt günün birinci yarısıdır. Oyandıqdan bir-iki saat sonra idman etmək orqanizmi gün ərzində gümrah saxlayır, həmçinin intensiv hərəkətlər bədəni formada saxlamağa kömək edir.
Bizim.Media