Martın 15-də Dövlət İmtahan Mərkəzi işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər şəhərləri və Ağdam rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-in Bərdə regional bölməsindən Bizim.Media-ya bildirilib ki, imtahan Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində təşkil olunub.
İşğaldan azad olunan ərazilərdə 6 binada keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib.
Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.
Bizim.Media