Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı?

1954-cü ilin fevralında həbs olunması ərəfəsində Mir Cəfər Bağırovun Moskvaya - Partiya Nəzarət Komitəsinə geniş izahatı var.

Bizim.Media xəbər verir ki, bu barədə yazıçı Firuz Mustafa sosial şəbəkə hesabında yazıb.

"Orada Səməd Vurğunla bağlı yazır:
 

"Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı. 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi.


Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı?

Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı.

Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir" ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52)", - yazıçı qeyd edib.

"Yeri gəlmişkən, burada M.C.Bağırovun bir yalanını faş etmək istəyirəm. Belə ki, Bağırovun iddiası uydurmadır.

Abbas Mirzə heç vaxt Səməd Vurğunun heç bir pyesində, o cümlədən "Fərhad və Şirin" pyesində Xosrov rolunu oynamayıb. Yəni həmin əsər tamaşaya qoyulanda artıq Abbas Mirzə həyatda yox idi. Pyes 1941-ci ildə yazılıb, səhv etmirəmsə, bir il sonra tamaşaya qoyulub, Abbas Mirzə isə 1938-ci ildə güllələnib. Bəs Bağırov niyə belə deyib? Bu, ya onun savadsızlıqdan, ya da atdığı böhtanın təsirini artırmaq məqsədi güdməsindən irəli gəlib", - yazıçı əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polis Zərdabda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

Polis Zərdabda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO

Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO

3 BÜRCÜ il boyu uğurlar daban-dabana izləyəcək

3 BÜRCÜ il boyu uğurlar daban-dabana izləyəcək

Tramp: "Eşitmişəm ki, Müctəba Xamenei sağ deyil"

Tramp: "Eşitmişəm ki, Müctəba Xamenei sağ deyil"

Ağcabədidə avtomobil dərəyə aşdı - 4 yaralı var

Ağcabədidə avtomobil dərəyə aşdı - 4 yaralı var

Trampdan gözlənilməz BƏYANAT – Müharibə bir həftəyə bitir?

Trampdan gözlənilməz BƏYANAT – Müharibə bir həftəyə bitir?

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finala yüksəldi

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finala yüksəldi

Yəmən ABŞ və İsraili hədələdi

Yəmən ABŞ və İsraili hədələdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO

4 yaşlı uşaq faciəli şəkildə VƏFAT ETDİ - VİDEO

4 yaşlı uşaq faciəli şəkildə VƏFAT ETDİ - VİDEO

Jurnalist saxlanıldı - NETANYAHUNUN YERİNİ GÖSTƏRİBMİŞ - VİDEO

Jurnalist saxlanıldı - NETANYAHUNUN YERİNİ GÖSTƏRİBMİŞ - VİDEO

"Qəbələ" bu gün "Neftçi"ni sınağa ÇƏKƏCƏK

"Qəbələ" bu gün "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Dəm qazından boğulub ölən Lətafətin FOTOSU

Dəm qazından boğulub ölən Lətafətin FOTOSU

“Ölməyibsə təkzib edin!” – Netanyahunun taleyi ilə bağlı sərt çağırış

“Ölməyibsə təkzib edin!” – Netanyahunun taleyi ilə bağlı sərt çağırış

ABŞ-da ifşa olunan rus casuslarının HEKAYƏSİ

ABŞ-da ifşa olunan rus casuslarının HEKAYƏSİ

“Köməyinə ehtiyac duyduğumuz sonuncu şəxs Zelenskidir” - Tramp

“Köməyinə ehtiyac duyduğumuz sonuncu şəxs Zelenskidir” - Tramp

Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı?

Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı?

Ukrayna Rusiya şəhərlərinə dəhşət yaşatdı: Moskva aeroportları bağlandı

Ukrayna Rusiya şəhərlərinə dəhşət yaşatdı: Moskva aeroportları bağlandı

Bəhreyn və Səudiyyə Ərəbistanındakı “Formula-1” Qran-priləri ləğv edildi

Bəhreyn və Səudiyyə Ərəbistanındakı “Formula-1” Qran-priləri ləğv edildi

Zaqatalada yaşayış evi yandı

Zaqatalada yaşayış evi yandı

Avropa çempionatının son günündə 4 güləşçimiz mübarizə aparacaq

Avropa çempionatının son günündə 4 güləşçimiz mübarizə aparacaq

Bayramqabağı ət bahalaşdı

Bayramqabağı ət bahalaşdı

Ancelina Coli özünü öldürmək üçün “killer” tutub?

Ancelina Coli özünü öldürmək üçün “killer” tutub?

Bu adada yalnız kişilər yaşayır - Qadınların girişi QADAĞANDIR! - FOTO

Bu adada yalnız kişilər yaşayır - Qadınların girişi QADAĞANDIR! - FOTO

End of content

No more pages to load

RADİO