"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Ukraynanın Altıncı Apellyasiya İnzibati Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Həmin qərara görə Ukrayna hakimiyyəti 65 yaşlı Azərbaycan vətəndaşı, Kiyev şəhəri Azərbaycanlıları Konqresinin qurucusu və rəhbəri, “Oleq Bakinski” ləqəbli biznesmen Oleq Krapivinə Ukraynada immiqrasiya icazəsinin və daimi yaşayış hüququnun bərpasını təmin etməli idi.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu qərar martın əvvəli hakimlər kollegiyası tərəfindən qəbul edilib.

Kollegiyanın tərkibinə sədrlik edən hakim Natalya Bujak, eləcə də hakimlər Vitaliy Faydük və Mixail Kobal daxil olub.

Söhbət 2022-ci ilin iyul ayının sonunda Ukrayna Milli Polisinin Strateji Araşdırmalar İdarəsinin təşəbbüsü ilə biznesmenə qarşı tətbiq olunan məhdudiyyətlərdən gedir. Həmin vaxt Krapivinin Ukraynada qalması üçün hüquqi əsaslar ləğv edilib və faktiki olaraq onun ölkədə qalmasına qadağa qoyulmuşdu. O vaxtdan bəri “Krapivin işi” müxtəlif məhkəmə instansiyalarında araşdırılıb və proses uzun müddət Oleq Krapivinin xeyrinə nəticələnməyib. Lakin ötən ilin payızında vəziyyət qismən dəyişib.
 

Belə ki, Kiyev Dairə İnzibati Məhkəməsi “yeni aşkar edilmiş hallar”a əsaslanaraq Krapivinə sərhədi keçmək üçün faktiki olaraq “yaşıl işıq” vermişdi. Bu qərarın əsas sübutlarından biri Dövlət Təhqiqatlar Bürosunun müstəntiqi Cahangir Həsənovun imzaladığı məktub idi. Həmin sənəddə Kiyev Azərbaycanlıları Konqresinin rəhbərinin 2019-cu ilin yayında Eduard Bağırovla maliyyə mübahisəsi ilə bağlı başlanmış iş üzrə heç bir prosessual statusunun olmadığı
bildirilirdi.


Lakin apellyasiya məhkəməsi fərqli nəticəyə gəlib. Məhkəmə qeyd edib ki, Krapivin tərəfinin təqdim etdiyi sübutlar Ukraynanın İnzibati Məhkəmə İcraatı Məcəlləsinin 361-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq “yeni aşkar edilmiş hallar” hesab edilə bilməz.

Nəticədə apellyasiya instansiyası əvvəlki qərarı ləğv edib və bununla da miqrasiya orqanlarının biznesmenə yaşayış icazəsinin və daimi yaşamaq hüququnun bərpası barədə öhdəliyi qüvvədən düşüb.

Qeyd edək ki, “Oleq Bakinski” xuliqanlıq ittihamı ilə Bakıda mühakimə olunub. Bu iş üzrə ona 2 il 6 ay şərti cəza və 6 aylıq sınaq müddəti təyin edilib. Lakin bu ilin yanvar ayında o, amnistiya ilə azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Ağalarovdan əkizləri ilə bağlı PAYLAŞIM - VİDEO

Emin Ağalarovdan əkizləri ilə bağlı PAYLAŞIM - VİDEO

Bu bürclər xoşbəxtlik gətirir: Onların yaxınlığında şanslı zolaq başlayır

Bu bürclər xoşbəxtlik gətirir: Onların yaxınlığında şanslı zolaq başlayır

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını UZATDILAR

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını UZATDILAR

“Sabah” “İmişli”ni darmadağın etdi - VİDEO

“Sabah” “İmişli”ni darmadağın etdi - VİDEO

SEPAH ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına HÜCUM EDİB

SEPAH ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına HÜCUM EDİB

"Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

"Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

Siyəzəndə dəm qazı CAN ALDI

Siyəzəndə dəm qazı CAN ALDI

Kipr klubunun üzvü “Qarabağ”a keçməyə RAZILIQ VERDİ

Kipr klubunun üzvü “Qarabağ”a keçməyə RAZILIQ VERDİ

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

End of content

No more pages to load

RADİO