Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində su borusu partlayıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, borunun partlaması nəticəsində ərazidə su axını müşahidə edilib. Asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Bizim.Media