Şəkinin Aşağı Şabalıd və Zunud kəndlərində yol kənarlarının məişət tullantıları ilə çirkləndirənlərin kimliyi bilinməsə də yaranmış neqativ hallar aradan qaldırılıb.
Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyəsindən verilən məlumata əsasən bəzi sakinlərin məişət tullantılarını yol kənarına və dərə ərazilərinə atması antisanitar vəziyyət, xoşagəlməz hal yaradırdı.
Aparılan müşahidələr zamanı o da bəlli olub ki, məişət tullantıları əsasən axşam və səhər saatlarında atıldığından həmin insanların kimliyini müəyyən etmək mümkün olmayıb. Belə neqativ hallar isə əksər kənd sakinlərinin narazılığına səbəb olurdu.
Polis və aidiyyəti qurumların əməkdaşlarının birgə səyi nəticəsində qeyd olunan ərazilər tullantılardan təmizlənib və problem aradan qaldırılıb.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu