Bakı-Qazax avtomobil magistralının Gəncədən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Reno” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov və 1977-ci il təvəllüdlü Gülbəniz İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu