“Astara” dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə İrandan insanların təxliyəsi prosesi davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, növbəti mərhələdə daha 39 nəfər Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycanın ərazisinə daxil olub.
Təxliyə olunan şəxslər sərhəd məntəqəsində sənədlərin yoxlanılması, qeydiyyat və digər zəruri prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.
Qeyd edək ki, Astara sərhəd-buraxılış məntəqəsi vasitəsilə İrandan müxtəlif ölkələrin vətəndaşlarının çıxarılması prosesi hazırda da davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu