“Şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ hələ tam həllini tapmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
"Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar.
Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir", - deyə komitə sədri əlavə edib.
Günay Şahmar, Bizim.Media