Onkoloji Klinikada növbə XAOSU – Sıxlığın səbəbi nədir? – VİDEO

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasından çəkildiyi bildirilən bəzi görüntülər və narazılıq paylaşımları geniş müzakirələrə səbəb olub. Paylaşımlarda klinikanın gözləmə zallarında yaranan sıxlıq, növbə gözləyən xəstələrin çoxluğu və bunun fonunda baş verən mübahisələr əks olunub.

Vətəndaşların sözlərinə görə, klinikada aydın və nizamlı növbə sistemi tətbiq olunmadığı üçün xəstələr saatlarla gözləməli olur, bu isə xüsusilə müalicə almağa gələn onkoloji xəstələr üçün əlavə çətinlik yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq – RƏSMİ


İddialara görə, bəzi hallarda növbənin kimdə olduğu ilə bağlı anlaşılmazlıqlar yaranır və nəticədə xəstələr və onların yaxınları arasında mübahisələr baş verir.

Şikayət edən şəxslər bildirirlər ki, ən böyük narahatlıq isə kimyaterapiya proseduru üçün gələn xəstələrin vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, onsuz da ağır müalicə prosesindən keçən xəstələr uzun müddət gözləmək məcburiyyətində qalır, yaranan qarışıqlıq isə həm fiziki, həm də psixoloji baxımdan əlavə gərginlik yaradır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən vəziyyət hazırda klinikada aparılan təmir işləriylə əlaqədardır:

"Klinikada təmir işlərinə başlanılıb. Ancaq klinika fəaliyyət göstərdiyi üçün  mərtəbələr hissə-hissə bağlanır. Buna görə də bəzi şöbələr bir müddətlik birləşdirildiyi üçün sosial şəbəkələrdə belə ajiotajlı kadrlar paylaşılır.

Həmçinin bildiyimiz kimi onkoloji xəstəliklər həssas xəstəliklərdəndir. Bu səbəbdən də bəzən bir xəstə ilə 3 nəfər gəlir, sıxlıq yarana bilir. Ancaq hazırda təmir işlərinə başlanılıb. Növbə məsələsini idarə etmək  çətindir, bu bəzən həkimlərin köməkçiləri, bəzən qeydiyyatçılar tərəfindən idarə olunur. Ancaq kadrlardakı kimi növbə sistemi tam gərgin deyil, sadəcə elə vaxtlar olur ki, xəstə ilə başqaları da birlikdə gəlir". 


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Qazax yolunda ağır qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

Bakı-Qazax yolunda ağır qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

İsfahana raket zərbələri ENDİRİLİB

İsfahana raket zərbələri ENDİRİLİB

Binəqədidə yanğın BAŞLAYIB - VİDEO

Binəqədidə yanğın BAŞLAYIB - VİDEO

Qusarda nəvəsi də şəhid olan şəhidin ailəsi ziyarət edildi - FOTO

Qusarda nəvəsi də şəhid olan şəhidin ailəsi ziyarət edildi - FOTO

Yaşasa idi, 55 yaşı olacaqdı... – Qubadlının ilk hərbi şəhidi Mehman Ağayarovun DÖYÜŞ YOLU – VİDEO

Yaşasa idi, 55 yaşı olacaqdı... – Qubadlının ilk hərbi şəhidi Mehman Ağayarovun DÖYÜŞ YOLU – VİDEO

“İsrail və ABŞ-ın birgə əməliyyatı İranı zəiflədib” – Saar

“İsrail və ABŞ-ın birgə əməliyyatı İranı zəiflədib” – Saar

Millimiz ilk qələbəsini QAZANDI

Millimiz ilk qələbəsini QAZANDI

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırdı - “Əks halda…”

Lukaşenko Ukrayna və NATO-nu Belarusa qarışmamağa çağırdı - “Əks halda…”

“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram” - Zaur Kamalın oğlundan SƏRT SÖZLƏR

“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram” - Zaur Kamalın oğlundan SƏRT SÖZLƏR

Elektron siqaretlərin istifadəsi, satışı QADAĞAN EDİLDİ - Cəriməsi…

Elektron siqaretlərin istifadəsi, satışı QADAĞAN EDİLDİ - Cəriməsi…

1-ci liqada 18-ci tura yekun vuruldu

1-ci liqada 18-ci tura yekun vuruldu

Mülki Məcəllə və torpaqların dövlət ehtiyacları üçün alınması Qanununda DƏYİŞİKLİK EDİLDİ

Mülki Məcəllə və torpaqların dövlət ehtiyacları üçün alınması Qanununda DƏYİŞİKLİK EDİLDİ

Əli Əsədov Murat Kurum ilə görüşüb

Əli Əsədov Murat Kurum ilə görüşüb

Daha bir avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR

Daha bir avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi – FOTO

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi – FOTO

Bu avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bu avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR

Françesko bu gün debüt EDƏCƏK?

Françesko bu gün debüt EDƏCƏK?

İlber Ortaylının Elçibəylə hansı ortaqlığı var idi? - Məşhur tarixçinin Azərbaycan marağının arxasındakı səbəblər

İlber Ortaylının Elçibəylə hansı ortaqlığı var idi? - Məşhur tarixçinin Azərbaycan marağının arxasındakı səbəblər

Bu qan qrupu olanlarda xərçəng riski 3 dəfə yüksəkdir

Bu qan qrupu olanlarda xərçəng riski 3 dəfə yüksəkdir

Tarif dəyişikliyi yalnız bu avtobuslara ŞAMİL EDİLƏCƏK – RƏSMİ

Tarif dəyişikliyi yalnız bu avtobuslara ŞAMİL EDİLƏCƏK – RƏSMİ

Hindistan vətəndaşları İrandan ölkəmizə TƏXLİYƏ OLUNDU

Hindistan vətəndaşları İrandan ölkəmizə TƏXLİYƏ OLUNDU

Doğuş vaxtı ölən 19 yaşlı Röyanın FOTOSU

Doğuş vaxtı ölən 19 yaşlı Röyanın FOTOSU

Alimpaşa Məmmədovla bağlı QƏRAR VERİLDİ

Alimpaşa Məmmədovla bağlı QƏRAR VERİLDİ

End of content

No more pages to load

RADİO