BİZİM TƏQVİM: 14 martda baş vermiş tarixi hadisələr

838-ci ilin 14 martında Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalq qəhrəmanı Babək Samirə şəhərində edam olunub. 20 il boyu Abbasilər xilafətinə qarşı mübarizə aparan Babək ərəblərin bir neçə qoşununu darmadağın edib. Babək Sünikdən olan xristian qıpçaq Səhl ibn Sunbatın xəyanəti nəticəsində əsir düşüb və öldürülüb.

Bəs, 14 martda dünyada daha hansı hadisələr baş verib?

1. 14 mart 1827-ci ildə Osmanlı Sultanı II Mahmud dövründə Türkiyə tarixində ilk tibb fakültəsi – “Mektebi-Tıbbiyeyi-Şahane” yaradılıb. 1919-ci ilin 14 martından bu günə qədər isə məktəbin yubileyi Türkiyədə Tibb Bayramı olaraq qeyd edilir.

2. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının 4-cü hökuməti işə başlayıb. Bu hökumətə Nəsib bəy Yusifbəyli başçılıq edib.

3. 14 mart 1939-cu ildə Türkiyədə Hatay Məclisi Türk lirəsini rəsmi dövlət pulu kimi qəbul edib. 

4. 1980-ci ilin 14 martında ABŞ Hava Qüvvələrinə aid əsgər daşıyan təyyarə Türkiyənin İncirlik Hərbi Hava Bazasına eniş edərkən düşüb, 18 Amerika əsgəri ölüb.

5. 14 mart 1996-cı ildə Azərbaycanla Seneqal arasında diplomatik əlaqələr qurulub.

6. Ağırlıq qaldırma çempionu, Azərbaycan əsili Türkiyə idmancısı Nəim Süleymanoğlu 14 mart 2000-ci ildə Ankarada davam edən təlimləri zamanı 145 kq. ştanqı qaldıraraq qeyri-rəsmi dünya rekordu qırıb.

14 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 14 mart 1883-cü ildə alman filosofu, siyasi iqtisadçı Karl Marks dünyadan köçüb.

2. Dünyaşöhrətli fizik, nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatçısı Albert Eynşteyn 1879-cu ilin bu günü Almaniyada anadan olub.

3. Azərbaycan publisistikasının görkəmli nümayəndəsi və şair Əliqulu Qəmküsar 1880-ci ilin bu günü dünyaya gəlib.

4. 1964-cü ilin bu günü Dallasda kiçik bar sahibi Cek Rubi ABŞ prezidenti Con Kennedinin qətlində ittiham edilən Li Osvaldı güllələyib. 

5. Azərbaycan tarixçisi, professor, AMEA-nın həqiqi üzvü və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü İqrar Əliyev 1924-cü ilin məhz bu günündə anadan olub. 

6. Şair, publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan SSR Mədəniyyət nazirinin müavini  Teymur Elçin 14 mart 1992-ci ildə dünyasını dəyişib. 

7. Azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, AYB-nin sədri, Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibəsinin görünməyən tərəfləri - Tramp Pekinə hansı sürprizlə GEDƏCƏK?

İran müharibəsinin görünməyən tərəfləri - Tramp Pekinə hansı sürprizlə GEDƏCƏK?

Azərbaycanda cəmi 254 kiloqram istehsal olunub, qramı 6.8 manata satılır

Azərbaycanda cəmi 254 kiloqram istehsal olunub, qramı 6.8 manata satılır

İran ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etdi – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etdi – VİDEO

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq

XIII Qlobal Bakı Forumunun üçüncü günü KEÇİRİLİR

XIII Qlobal Bakı Forumunun üçüncü günü KEÇİRİLİR

Formula 1 Çin Qran-Prisində sprint yarışının qalibi BİLİNDİ

Formula 1 Çin Qran-Prisində sprint yarışının qalibi BİLİNDİ

Rusiya Kiyevi vurdu: Ölənlər və yaralılar var – FOTO

Rusiya Kiyevi vurdu: Ölənlər və yaralılar var – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

Binəqədidə yaşayış binasında güclü YANĞIN

Binəqədidə yaşayış binasında güclü YANĞIN

Dünyada dilənçiliklə mübarizə metodları - Bu ölkələrdə yığdıqları pullar ƏLİNDƏN ALINIR

Dünyada dilənçiliklə mübarizə metodları - Bu ölkələrdə yığdıqları pullar ƏLİNDƏN ALINIR

GÜNÜN HAVASI: 14 dərəcə isti, duman...

GÜNÜN HAVASI: 14 dərəcə isti, duman...

BİZİM TƏQVİM: 14 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 14 martda baş vermiş tarixi hadisələr

Tiaqo Silva Avroliqa tarixinin rekorduna İMZA ATDI

Tiaqo Silva Avroliqa tarixinin rekorduna İMZA ATDI

Marketdə satılan bu dəniz məhsullarını yemək təhlükəlidir - SİYAHI

Marketdə satılan bu dəniz məhsullarını yemək təhlükəlidir - SİYAHI

Regionlarda mədəni qastrol proqramı BAŞLAYIR

Regionlarda mədəni qastrol proqramı BAŞLAYIR

"Fənərbağça"dan şok məğlubiyyət

"Fənərbağça"dan şok məğlubiyyət

Xolesterolu dərmanlardan daha yaxşı aşağı salan unudulmuş MƏHSUL

Xolesterolu dərmanlardan daha yaxşı aşağı salan unudulmuş MƏHSUL

“Neftçi” – “Qarabağ” matçının vaxtı AÇIQLANDI

“Neftçi” – “Qarabağ” matçının vaxtı AÇIQLANDI

Karyera yüksəlişi ərəfəsində olan BÜRCLƏR

Karyera yüksəlişi ərəfəsində olan BÜRCLƏR

Röya Ayxanın yeni görüntüsü DİQQƏT ÇƏKDİ - FOTO

Röya Ayxanın yeni görüntüsü DİQQƏT ÇƏKDİ - FOTO

Qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO

Qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb

Qadın güləşçimiz Avropa ikincisi oldu

Qadın güləşçimiz Avropa ikincisi oldu

End of content

No more pages to load

RADİO