“Təxminən 35-40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib. Bu binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir. Həmin binalarda yaşayan insanların liftlərin dəyişdirilməsi üçün imkanları çatmadığından hesab edirəm ki, hökumət məsələyə müdaxilə etməsə, həmin liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək. Eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər”.
Bizim.Media xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O, hökumətdən bu məsələnin həll edilməsini xahiş edib:
“Xahiş edirəm ki, hökumət bu məsələnin vəsait tələb etməsinə baxmayaraq 5 illik və ya ola bilsin ki, 10 illik proqram çərçivəsində reallaşdırılması üçün addımlar atsın”.
Günay Şahmar, Bizim.Media