Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

“Sabunçu rayonunun Bakıxanov qəsəbəsində və eləcə də Sabunçu rayonunun digər qəsəbələrində zirzəmisi su ilə dolu olan binalarla bağlı müəyyən işlər görülsə də, ciddi irəliləyiş baş vermədi. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi ilə bağlı da müəyyən addımlar atılsa da, köçürmələr olsa da, amma yenə də əsas işin ağırlığı başqa vaxtlara, növbəti illərə ertələndi”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik basqıdan qorumaq şərtilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina söküntülərinə son qoyula bilərdi:

“Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını bu rayona göndərirlər. Avtomobil yolunun üzərində əməlli-başlı müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yoxdur, nə yağırsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər.

Neft şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizi qazandığımız gündən başlayaraq ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərin boş qalmış xeyli hissəsində də artıq neft çıxarılmır.

Adətən biz büdcəyə vəsait qazandırmağın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə ödənişlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq.

Halbuki artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik və vətəndaşın da bütövlükdə problemi həll edilmiş olar.
 

Artıq uzun müddətdir ki, burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə də 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salınmasına təşəbbüs göstərilir. Real olaraq 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsinə nümunə göstərməyi bircə park tapa bilməzsiniz. 


Həm də bunu dövlətin maliyyə vəsaiti hesabına deyil, sahibkarları stimullaşdırmaqla etmək olar. Hər ərazidə sahibkara bir obyekt tikməyi, bir müəssisə qurmağı imkan verilsə, o həm parkı saxlayacaq, büdcədən vəsait xərcləmək hesabına da orada əhalinin məskunlaşmasına, yaxşı istirahətin təmin olunmasına şərait yaradacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Bakıda süpürgəçini maşın vurub öldürdü

Bakıda süpürgəçini maşın vurub öldürdü

“Araz Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

“Araz Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

Tanınmış modelyer evində ölü tapıldı – Foto

Tanınmış modelyer evində ölü tapıldı – Foto

Nikahlar da azalıb, boşanmalar da… - RƏSMİ

Nikahlar da azalıb, boşanmalar da… - RƏSMİ

Milli Qəhrəmanının oğlu vəkil oldu - FOTO

Milli Qəhrəmanının oğlu vəkil oldu - FOTO

Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı – VİDEO

Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı – VİDEO

Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

Tərtərdə doğuş zamanı 19 yaşlı qadın niyə həyatını itirib? - TƏBİB-dən AÇIQLAMA

Tərtərdə doğuş zamanı 19 yaşlı qadın niyə həyatını itirib? - TƏBİB-dən AÇIQLAMA

“Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ

“Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ

Murad Dadaşov xəstəxanaya yerləşdirildi – FOTO

Murad Dadaşov xəstəxanaya yerləşdirildi – FOTO

Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi – VİDEO

Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi – VİDEO

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşdü – FOTO

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşdü – FOTO

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

Azərbaycana ən çox turist bu ölkələrdən gəlib – SİYAHI

İranın hərbi bazaları belə bombalandı – VİDEO

İranın hərbi bazaları belə bombalandı – VİDEO

Gömrükdə aşkarlanan narkotik maddələrin həcmində KƏSKİN ARTIM

Gömrükdə aşkarlanan narkotik maddələrin həcmində KƏSKİN ARTIM

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI – MƏBLƏĞ

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI – MƏBLƏĞ

Deputat: “Həm həkim çatışmazlığı var, həm də peşəkarlar işlə təmin oluna bilmir”

Deputat: “Həm həkim çatışmazlığı var, həm də peşəkarlar işlə təmin oluna bilmir”

Külək əsəcək, duman olacaq... – Sabahın HAVASI

Külək əsəcək, duman olacaq... – Sabahın HAVASI

“Hökumət müdaxilə etməsə, çox çətin bir problemə çevriləcək”

“Hökumət müdaxilə etməsə, çox çətin bir problemə çevriləcək”

Vitse-spiker: “50 minə yaxın müəllim ixtisar edilə bilər”

Vitse-spiker: “50 minə yaxın müəllim ixtisar edilə bilər”

100 milyondan çox vəsait dövlət büdcəsinə QAYTARILDI

100 milyondan çox vəsait dövlət büdcəsinə QAYTARILDI

Konfrans Liqası: “Samsunspor” doğma meydanda məğlub oldu

Konfrans Liqası: “Samsunspor” doğma meydanda məğlub oldu

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

End of content

No more pages to load

RADİO