2026-cı il 1 fevral tarixinədək işğaldan azad edilmiş ərazilərə 27 123 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd olunub ki, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 74750 nəfər təşkil edib.
Günay Şahmar, Bizim.Media