Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI

Sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev danışıb.

R.Tağıyev bildirib ki, yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir:

“Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər bu davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır”.

Şöbə rəisinin sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır:

“Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün özünün, həm də digər insanların həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur”.

O, sürücülər arasında daha çox rast gəlinən təhlükəli vərdişləri sadalayıb:

- Sükan arxasında telefondan istifadə etmək - mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

- Ara məsafəsini düzgün saxlamamaq - xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.

- Sürət həddini aşmaq - yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.

- Yorğun və yuxusuz halda avtomobil idarə etmək - uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.

- Riskli və tələsik manevrlər etmək - zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.

R.Tağıyev qeyd edib ki, yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və bu sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır.


O qeyd edib ki, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Yeni doğulan körpələrin sayında AZALMA

Yeni doğulan körpələrin sayında AZALMA

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

Ət satışında qadağalar olsun - TƏKLİF

Ət satışında qadağalar olsun - TƏKLİF

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Ötən il inflyasiya nə qədər olub?

Ötən il inflyasiya nə qədər olub?

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

End of content

No more pages to load

RADİO