BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

Tarixin bu günündə Azərbaycan dövləti və xalqı daha bir imtahan verib. 1995-ci ilin məhz bu günündə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandanı Rövşən Cavadovun başçılığı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd olunub. Ağstafa rayonunda başlanan təxribat daha sonra qonşu rayonlara keçib. 

Qısa zamanda bir neçə qərb rayonunda bütün dövlət strukturlarına əl qoyan üsyançılar Bakıya doğru hərəkət ediblər. Amma Azərbaycan xalqının birliyi sayəsində martın 17-də dövlət çevrilişinin qarşısı alınıb.

Bəs, 13 martda dünyada daha hansı hadisələr baş verib?

1. 624-cü ildə bütpərəst məkkəlilərin ziyarətə gələn müsəlmanları zorla şəhərdən çıxarmaları və onların mallarını qarət etmələri nəticəsində müsəlmanlar və inancsız məkkəlilər arasında Bədr Müharibəsi baş verdi. Mədinənin 160 kilometr cənub-qərbindəki su quyuları ətrafında gedən savaşda 305 adamdan ibarət olan müsəlman döyüşçü təxminən 1000 nəfərlik düşmən ordunu məhv etdi və 13 martda müharibəni qazandılar.

2. Sultan Süleyman Qanuninin əmrindəki Osmanlı ordusu 1552-ci ilin 13 mart tarixində paytaxt Belgradı ələ keçirərək Macarıstanı aldı.

3. Günəş sisteminin yeddinci planeti olan Uran alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən 13 mart 1781-ci ildə kəşf edildi.

4. 13 mart 1869-cu ildə Rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamladı.

5. 1840-cı ilin 13 martından başlayaraq 30 il ərzində (1870) Osmanlı imperiyasındaHicri təqvimi ilə yanaşı Rumi təqvimi də işlədilməyə başlandı.

6. 13 mart 1909-cu ildə “Zənbur” jurnalı ilk dəfə nəşr olunub.

7. 1964-cü ilin 13 martında Türkiyə Birləşmiş Kipr Dövlətinin başçısı Makariosa nota verdi. Notada bildirilirdi: “Kiprdə rumların türklərə qarşı hücumlarına son qoyulmazsa, Türkiyə öz haqlarından istifadə edərək, adaya müdaxilə edəcək.

8. 2013-cü il 13 martda argentinalı kardinal Xorqe Mario Berqolio katolik dünyasının 266-cı Papası seçildi. Berqolio 1000 illik Avropa tarixində xaricdən seçilən və Latın Amerikasından olan ilk Papa sayılır.

13 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Sovet dövrünün məhşur pedaqoqu və yazıçısı Anton Makarenko 1888-ci ilin 13 martında anadan olub.

2. Drammaturq, teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə anadan olub.

3. Sevilən xanəndə  Rövşən Behcət 13 mart 1945-ci ildə dünyaya göz açıb.

4. Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mənsurov 13 mart 1975-ci ildə doğulub.

5. Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

6. Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor, məşhur 91-lərdən olan Əjdər İsmayılov 13 mart 2022-ci ildə dünyasını dəyişib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Xamenei qayıtdı” gündəm oldu - Video

“Xamenei qayıtdı” gündəm oldu - Video

Şamama Əmirova və Aysel Səfixanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Şamama Əmirova və Aysel Səfixanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan 14:00-dək...

Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan 14:00-dək...

İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu – VİDEO

İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu – VİDEO

Netanyahudan Xameneiyə MESAJ – “Sürprizlər olacaq” – VİDEO

Netanyahudan Xameneiyə MESAJ – “Sürprizlər olacaq” – VİDEO

Tramp: "Müctəba Xamenei sağdır”

Tramp: "Müctəba Xamenei sağdır”

Şirkət rəhbəri vəfat etdi - FOTO

Şirkət rəhbəri vəfat etdi - FOTO

Sumqayıtda evdə PARTLAYIŞ: Yaralılar var

Sumqayıtda evdə PARTLAYIŞ: Yaralılar var

Sığorta ilə bağlı YENİ MODEL – “Qəza törətməyənlərə pul verilir"

Sığorta ilə bağlı YENİ MODEL – “Qəza törətməyənlərə pul verilir"

Ceyhun Bayramovla pakistanlı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla pakistanlı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ən hiyləgər 4 bürc - Planlarını heç kəsə demirlər

Ən hiyləgər 4 bürc - Planlarını heç kəsə demirlər

İraqdakı Fransa bazasına PUA HÜCUMU – Ölən və yaralılar var – VİDEO

İraqdakı Fransa bazasına PUA HÜCUMU – Ölən və yaralılar var – VİDEO

İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir

İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir

Azərbaycanda benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Azərbaycanda benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı – Açıqladı – FOTO

Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı – Açıqladı – FOTO

İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO

İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO

Süni intellekt əmək bazarını kökündən DƏYİŞİR – Bu sahədə çalışanlar RİSK ALTINDADIR

Süni intellekt əmək bazarını kökündən DƏYİŞİR – Bu sahədə çalışanlar RİSK ALTINDADIR

Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub

Bu əlamət ağır xəstəliyin xəbərçisidir

Bu əlamət ağır xəstəliyin xəbərçisidir

SON DƏQİQƏ! İrandan Türkiyəyə üçüncü raket hücumu – ANBAAN VİDEO

SON DƏQİQƏ! İrandan Türkiyəyə üçüncü raket hücumu – ANBAAN VİDEO

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

"Fənərbağça"dan GEDİR

"Fənərbağça"dan GEDİR

Mingəçevirdə evdən qadın meyiti TAPILDI

Mingəçevirdə evdən qadın meyiti TAPILDI

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat diqqət mərkəzində - FOTO/VİDEO

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat diqqət mərkəzində - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO