Bir kənd boyda olsa da, bütün dünyanın diqqəti ORADADIR – ABŞ bu adanı ələ keçirsə...

Müharibə başlayandan sonra başqa istiqamətlərdə neft nəqli azalsa da, İrandan Çinə Hörmüz vasitəsilə neft nəqli daha da artıb. Məlumata görə, müharibə başlayan 12 gün ərzində İran boğaz vasitəsilə Çinə ən azı 11,7 milyon barel neft göndərib. 

Bu isə təbii ki, ABŞ-ı ciddi şəkildə narahat edir. Ona görə də, ABŞ Prezidenti Donald Tramp İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Fars körfəzindəki strateji Xarq adasını ələ keçirməyi planlaşdırır.

“Axios” nəşri yazır ki, adaya nəzarət İran iqtisadiyyatına ciddi təzyiq göstərə və enerji ixracatını kəskin poza bilər.

Qeyd edək ki, Xarq adası qlobal neft ticarətində İranın ən vacib ixrac mərkəzlərindən biridir. ABŞ-İsrail və İran arasında artan münaqişə fonunda Tramp administrasiyasının adaya qarşı potensial hərbi əməliyyatı regionda güc balansını dəyişdirə biləcək addım kimi qiymətləndirilir.

Yaranmış durumda neft böhranı daha da dərinləşəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki,  İran-ABŞ, İsrail müharibəsi birmənalı şəkildə neftin qiymətinə artırıcı təsir göstərir:

“Bununla yanaşı, neft tranzitini məhdudlaşdıracaq istənilən cəhd də dünya bazarlarında “qara qızıl”ın qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Hörmüz boğazından neftə olan gündəlik tələbatın 20-25 faiz daşınması həyata keçirilir. Həmin məsələ də İran tərəfindən sabotaj edilir. Amma İranın öz şirkətlərinə münasibətdə hələlik bu məhdudiyyət yoxdur”.

Ekspert qeyd edir ki, hansısa formada qarşı tərəf də İranın ixracını məhdudlaşdıracaq addımlara keçərsə, bu halda qiymətlər bir qədər də bahalaşacaq:

“Qiymətlərin bahalaşma səviyyəsini proqnozlaşdırmaq isə çətin məsələdir. Çünki hazırda bazar proqnozlaşdırılan deyil. Qiymətlər geniş diapozonda istənilən növ neqativ və pozitiv informasiyaya reaksiya verir. Bu həftə ərzində qiymət bir barel üçün 35 dollarlıq diapozonda dinamika nümayiş etdirib”.

Ekspert hesab edir ki, artım səviyyəsinin dərinliyi prosesin hansı müddətə qədər davam etməsi və hansı istiqamətdə nə qədər məhdudlaşdırıcı addımların atılmasından asılı olacaq:

“İstənilən halda, neft hasilatı infrastrukturuna vurulan zərər və neft tranziti xətlərinin məhdudlaşdırılması tədbirləri neftin qiymətini artırır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Fazil Mustafa: “Güclü yağış yağanda avtomobil yolunda Balaxanı-Zabrat gölü yaranır”

Yeni doğulan körpələrin sayında AZALMA

Yeni doğulan körpələrin sayında AZALMA

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Bakıdakı söküntülərlə bağlı YENİ TƏKLİF – Kompensasiya bu qaydada verilə bilər

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Mayda 14 gün qeyri-iş günü OLACAQ

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı həyatını itirdi

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – SİYAHI

Ət satışında qadağalar olsun - TƏKLİF

Ət satışında qadağalar olsun - TƏKLİF

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Ötən il neçə nəfər istehsalat qəzasında həyatını İTİRİB?

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Əli Əsədov hökumətin əsas vəzifəsini AÇIQLADI – 2032-ci ilə qədər...

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Bakıda 200 min mənzil İNŞA OLUNACAQ

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Quba-Xınalıq yolunda FACİƏ – 27 yaşlı gənc həyatını itirdi

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Qarabağın bərpasına ayrılan vəsaitin həcmi AÇIQLANDI

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

Bu ərazilərdə yaşayan sakinlərə yeni mənzillər VERİLƏCƏK

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

“Ümumi nəzərdə tutulan ərazilərin üçdə biri minalardan təmizlənib” – Baş nazir

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Avtobus zolağında hərəkət edən “Ferrari” SAXLANILDI - FOTO

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Bu ailələrə ayda 422 manat ÖDƏNİLİB

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Azərbaycan neçə ölkəyə silah ixrac edir? – RƏSMİ AÇIQLAMA

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Ötən il təmir olunan məktəblərin sayı AÇIQLANDI

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Ötən il inflyasiya nə qədər olub?

Ötən il inflyasiya nə qədər olub?

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

Türkiyədəki güclü zəlzələnin başvermə anı – VİDEO

End of content

No more pages to load

RADİO